• 8 Mart 2021
logo
Baş Prokurorluğun "İnstagram" səhifəsi rəsmi təsdiqləndi

Baş Prokurorluğun "İnstagram" səhifəsi rəsmi təsdiqləndi

Baş Prokurorluğunun "İnstagram" səhifəsi rəsmi istifadəyə verilib.

Qurumun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qurum tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram sosial şəbəkələrindən istifadə olunur.

Yanvarın 21-də isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "İnstagram" səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

Xatırladaq ki, ötən il noyabrın 26-da isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.
“Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifənin saxta səhifələrdən ayırd edilməsidir.

Məsələ ilə bağlı Baş Prokurorluğunun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" və “İnstagram” səhifələrinin rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənmələrinə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən köməklik edildiyi bildirildi.