• 12 Avqust 2022
logo
Avtobusda maskalardan istifadə etməyən 533 şəxs cərimələnib

Avtobusda maskalardan istifadə etməyən 533 şəxs cərimələnib

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai nəqliyyatda hərəkət iştirakçılarının normalara əməl etməsinə nəzarət gücləndirilib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 30-dan dekabrın 6-dək tarixlərdəkeçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələri təmin etməyən 46 sürücü müəyyən olunub. Eləcə də bu müddətdə ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən 533 şəxs aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”dən irəli gələn tədbirlər davam etdirilir.