• 30 Noyabr 2020
logo
Minik avtomobilləri toqquşdu - 2 ölü, 9 yaralı

Minik avtomobilləri toqquşdu - 2 ölü, 9 yaralı

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Məhabad-Bukan yolunda Dostəli kəndi yaxınlığında iki minik avtomobili toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Məhabad rayonunun yanğınsöndürmə idarəsinin müdiri Rəhman Əhmədi deyib.
R.Əhmədinin sözlərinə görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılar rayonun İmam Xomeyni xəstəxanasına yerləşdirilib.
İdarə rəsmisi hadisənin polis tərəfindən araşdırıldığını deyib.
Qeyd edək ki, Məhabad-Bukan yolunun uzunluğu 65 kilometrdir. Yolun 80% hissəsində avtobus və yük maşınlarının girişi və ötmə əməliyyatı qadağandır.