• 13 İyul 2025
logo
Ötən gün 3 ağır yol-nəqliyyat hadisəsində 10 nəfər ölüb

Ötən gün 3 ağır yol-nəqliyyat hadisəsində 10 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.