• 27 İyul 2024
logo
Dəmir dövrünə aid qəbir aşkarlanıb

Dəmir dövrünə aid qəbir aşkarlanıb

Güney Azərbaycanın Ərdəbi Əyalətində Parsabad-Sərbənd yolunun dörd zolaqlı edilməsi zamanı dəmir dövrünə aid qəbir aşkarlanıb.

Gunaz.tv

Ultan Qalası sahəsindəqəbir izləri aşkarlanandan sonra yol çəkilməsi işləri dayandırılıb.

Əyalətin Mədəni İrs və Turizm Baş İdarəsi icazə verdikdən sonra ərazidə arxeoloji qazıntı işlərinə başlanılıb.

Ultan Qalası məzarlığı barədə arxeoloqlar qrupunun başçısı Mehdi Mücahid açıqlama verib.

“Qazıntılarla dəmir dövrünə aid bir qəbir aşkarlanıb. Həmin sahədə dağınıq məzarların olduğu güman olunur və sahədə tam aşkarlama işləri davam etdiriləcək” Mücahid deyib.

Arxeoloqun açıqlamasına görə aşkarlanmış qəbir çuxur qazıntılı növlərindən olamqla 4 saxsı qab, 1 tünc iynə, əqiqdən kiçik damğalar, obsidian daş qırıqları və sairə aşkarlanıb.

Arxeoloqların və Ərdəbil Əyaləti Mədəni İrs və Turizm Baş İdarəsinin əldə etdikləri sübutlara əsasən Ultan Qalası arxaik qəbrsitanlığı həmin adla şəhərin sakinləri tərəfindən 7-8 yüz il basdırma yeri olub.