• 19 May 2024
logo
Tərtərdə məktəblilər arasında dava: ölən var

Tərtərdə məktəblilər arasında dava: ölən var

10:25

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

Baymedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.