• 24 İyul 2024
logo
Oğuzda quldurluq edən şəxs saxlanılıb

Oğuzda quldurluq edən şəxs saxlanılıb

Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Baymedia.az-a verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib.

Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb.

O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.

Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.