• 23 Aprel 2024
logo
AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatıb

AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatıb

2024-cü il mart ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 650.3 milyon ABŞ dolları təşkil edib. Bu 2015-ci ilin yanvar ayından (12 milyard 680 milyon manat) bəri ən yüksək göstəricidir.

Baymedia.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin fevral ayının 1-i ilə müqayisədə 0.11% və ya 13.3 milyon dollar çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 0.32%, 2023-ci ilin mart ayının 1-i ilə müqayisədə isə 23.4% artıb.