• 19 Aprel 2024
logo
Dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır

Dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır

Azərbaycanın builki dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773 milyon 978 min manatdan 33 milyard 779 milyon 500 min manat, xərcləri üzrə proqnoz isə 33 milyard 353 milyon 278 min manatdan 36 milyard 568 milyon 800 min manata qaldırılır.
Baymedia.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, büdcə gəlirləri 3 milyard 005 milyon 522 min manat və yaxud 9,7 %, büdcə xərcləri isə 3 milyard 215 milyon 522 min manat və yaxud 9,6 % artırılır.
O cümlədən büdcənin mərkəzləşdirilmiş gəlirləri 30 milyard 016 milyon 998 min manatdan 33 milyard 014 milyon 798 min manata, yerli gəlirləri 756 milyon 980 min manatdan 764 milyon 702 min manata, mərkəzləşdirilmiş xərcləri 32 milyard 583 milyon 992 min manatdan 35 milyard 791 milyon 792 min manata, yerli xərcləri isə 769 milyon 286 min manatdan 777 milyon 008 min manata çatdırılır.