• 1 Mart 2024
logo
ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Baymedia.azn EİA-ya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 640 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.
Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (sentyabrda verilib – red.) göstəricisinə bərabərdir.

Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.