• 4 Noyabr 2024
logo
2020-ci ildən ölkədə maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər görüləcək

2020-ci ildən ölkədə maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər görüləcək

Mərkəzi Bank 2020-ci ildən ölkədə maliyyə sabitliyinin gücləndirilməsi, maliyyə sektorunun inkişafı və real sektorun maliyyəyə çıxış imkanlarının artırılması istiqamətlərində kompleks tədbirlər görəcək.

Bu barədə bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanata görə, makroprudensial alətlərin tətbiqi ilə maliyyə sektoru sistem risklərdən qorunacaq, ən qabaqcıl təcrübəyə əsaslanan nəzarət çərçivəsi tətbiq olunacaq. Maliyyə sektorunun sabitliyi və inkişafı iqtisadi artım ilə yanaşı, pul siyasətinin ötürücülüyünə də müsbət təsir edəcək. Monetar siyasətin mühüm aləti olan kommunikasiya siyasətinin forma və metodları daha da təkmilləşdiriləcək və inflyasiya gözləntilərinin formalaşdırılmasında onun rolu gücləndiriləcək. Eyni zamanda, ölkədə həm iqtisadi artımın sürətlənməsi, həm də makroiqtisadi sabitliyin, o cümlədən qiymətlər sabitliyinin təmin edilməsinin başlıca amilləri müxtəlif iqtisadi siyasət istiqamətlərinin sıx koordinasiyasından, mühüm struktur-institusional islahatların həyata keçirilməsindən asılı olacaq.