• 5 İyul 2025
logo
Dünya Bankının yeni layihəsi üzrə zəruri tədbirlər müəyyənləşdiriləcək

Dünya Bankının yeni layihəsi üzrə zəruri tədbirlər müəyyənləşdiriləcək

Dünya Bankı Qrupunun yeni “Əlverişli biznes mühiti (Business Enabling Environment)” layihəsi üzrə müvafiq sahələrdə ilkin diaqnostikanın aparılması və zəruri tədbirlərin müəyyənləşdirilərək Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının aidiyyəti işçi qruplarının 2022-ci il üzrə fəaliyyət planları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına, dövlət-biznes dialoqunun rəqəmsal platforma üzərində təşkilinə xidmət edən kompleks tədbirlər müzakirə olunub.
Qeyd edək ki, 2021-ci il üzrə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 35-dən çox dövlət qurumu, 16 fəaliyyət planı çərçivəsində 585 tədbir həyata keçirib. 20-dən artıq normativ hüquqi akt qəbul olunub, elektron xidmətlər təkmilləşdirilib və biznes mühitinin əlverişliliyi artırılıb.