• 26 Aprel 2024
logo
Azərbaycan Türkiyə və Pakistanın ayrı-ayrı qurumları ilə əməkdaşlıq memorandumlarını yeniləyəcək

Azərbaycan Türkiyə və Pakistanın ayrı-ayrı qurumları ilə əməkdaşlıq memorandumlarını yeniləyəcək

Türkiyə və Pakistanın ayrı-ayrı qurumları ilə əməkdaşlıq memorandumlarının yenilənməsi üçün müvafiq tapşırıqlar verilib və müzakirələr aparılmaqdadır.
Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) İdarə Heyətinin 25-ci, ECOSAI-ın Təlim Komitəsinin 20-ci Toplantısında palatanın sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq çərçivəsində Türkiyə və Özbəkistan nümayəndələri ilə onlayn görüşlərdə yaxın gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün də danışıqlar aparılır.
V. Gülməmmədov qeyd edib ki, palatanın təlim siyasətinin və təcrübəsinin inkişaf etdirilməsini üçün ECOSAI-ın Təlim Komitəsinin təcrübəsindən yararlanmaq faydalı olacaq.