• 25 Aprel 2024
logo
AMB: İnflyasiyanı artıra biləcək faktorlar çoxalıb

AMB: İnflyasiyanı artıra biləcək faktorlar çoxalıb

Azərbaycanda inflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib.

Bu barədə AMB-in məlumatında deyilir.
Qeyd edilir ki, qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır.

"İnflyasiyanın tələb amillərinin davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. İlin qalan dövründə qeyri-monetar amillərin inflyasiyaya təsirinin yüksələcəyinə baxmayaraq inflyasiya proqnozu dəyişdirilməyib" - məlumatda bildirilir.

AMB-yə görə, tədiyə balansının yaxşılaşması makroiqtisadi sabitliyin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyir və inflyasiya amillərini tarazlaşdırır.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda illik inflyasiya 4,2% təşkil edib. Təkcə mayda isə illik inflyasiya isə 4,9%-a bərabər olub.

Xatırladaq ki, sonuncu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu il Azərbaycanda inflyasiya hədəf diapazonunda qalacaq. Hədəf diapazonu 4±2%-dir.