• 4 İyul 2025
logo
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 861,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 0,7% azdır.

Dövlət Statistika Komitəsindən verlən məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 119,2 mln. manat təşkil edib, bu da 2,2% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 974,4 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib (2,4%-lik artım). Su təchizatı, ötən il tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,4% azalaraq 318,6 mln. manat təşkil edib.