• 26 Sentyabr 2022
logo
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri müəyyənləşib

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri müəyyənləşib

Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsipləri və bu sahədə dövlətin vəzifələri müəyyənləşib.

Bu, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində əksini tapıb.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsipləri aşağıdakılardır:

- dəstək mexanizmlərinin tətbiqi;

- dəstək mexanizmlərindən bərabər istifadə imkanı və şəffaflığın təmin edilməsi;

- istehsalçılar üçün elektrik şəbəkəsindən bərabər istifadə imkanlarının yaradılması;

- bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında beynəlxalq standartların tətbiqi;

- bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi.

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri isə aşağıdakılardır:

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində fəaliyyət planlarını qəbul etmək;

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi aktları qəbul etmək;

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;

- bərpa olunan enerji mənbələrinin ərazilərini müəyyənləşdirmək;

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmlərini tətbiq etmək;

- peşəkar mütəxəssislərin hazırlanması, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının tərtibi ilə bağlı tədbirlər həyata keçirmək.