• 27 İyul 2024
logo
Azərbaycanda müxtəlif sığorta sahələri üzrə ekspert qrupları yaradacaq

Azərbaycanda müxtəlif sığorta sahələri üzrə ekspert qrupları yaradacaq

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) müxtəlif sığorta sahələri üzrə ekspert qrupları yaradacaq.

"APA-Economics"in məlumatına görə, bunu ASA-nın mətbuat katibi Məmməd Ağayev deyib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən və assosiasiyaya üzv olan sığorta şirkətlərin mütəxəssisləri ASA-nın ekspertləri qismində istənilən sığorta hadisəsi ilə bağlı məlumat verəcək: "Koordinasiyanı ASA tam şəkildə təmin edəcək. ASA-ya müraciət edənlər sığorta ilə bağlı təfərrüatlı məlumatı birbaşa olaraq sığorta sahəsinin peşəkarlarından alacaqlar".