• 25 Aprel 2024
logo
"Ölkələrimiz arasında ikitərəfli münasibətləri inkişaf etdirmək istərdim"

"Ölkələrimiz arasında ikitərəfli münasibətləri inkişaf etdirmək istərdim"

Anastasiya Lebedeva: "Azərbaycanda Rusiyadan gələn kütləvi turistə heç vaxt bəlli olmayan ekoturizm potensialı var"

Son zamanlar Azərbaycanın turizm, o cümlədən ekoturizm potensialı da əcnəbilərin diqqətini çəkir. Bu baxımdan bir çox xarici təkşilatlar Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Rusiyanın mədəni-tarixi irsin bərpası və qorunması, həmçinin turizmin inkişafı ilə məşğul olan "Rus Velikaya" beynəlxalq fondu da bu və digər istiqamətlərdə perspektivdə Azərbaycanla layihələr həyata keçirməyi planlayır. Elə müsahibimiz də "Rus Velikaya" beynəlxalq fondunun vitse-prezidenti və Azərbaycanın dostu olan Anastasiya Lebedevadır. Xatırladaq ki, Anastasiya Lebedeva, eyni zamanda Rusiyanın "GrottBjorn" şirkətinin İnkişaf Departamentinin rəhbəri, tanınmış marketoloqdur. Anastasiya Lebedevanın marketinq, reklam və satış sahəsində 20 ildən çox təcrübəsi var. O, həyat yoldaşı Viktor Levedevin rəhbəri olduğu "GrottBjorn" şirkətinin, həm Rusiyada, həm də xaricdə maliyyə xidmətləri biznesi də daxil olmaqla, inkişafına kömək edir. Bundan əlavə, bir biznes məktəbində müəllim işləyir və bir sıra sosial-mədəni layihələrə nəzarət edir. O, "Yenimedia.info"ya müsahibəsində maraqlı məqamlara toxunub.

-Əvvəlcə turizm sahəsindəki təcrübəniz barədə məlumat vermənizi xahiş edirik.

- Hər kəsə salamlar! Mən "Rus Velikaya" beynəlxalq fondu adından danışıram və Fondun vitse-prezidenti kimi demək istəyirəm ki, turizmin inkişafı dövlətlər arasında, mədəniyyətlər arasında və əlbəttə insanlar arasında daha sıx əlaqələrin yaranmasına kömək edir! Digər mədəniyyətlərlə tanışlıq yalnız vətəndaşların şəxsi görüşlərini zənginləşdirmir, həm də hər bir ölkənin iqtisadiyyatının və infrastrukturunun inkişafına kömək edir. Mən özüm həvəskar bir səyahətçiyəm. Mənim üçün ən yaxşı tətil səfərdir. Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə vermək bir fondda işləməkdən daha xoşdur.

-Siz Azərbaycanda olubsuz və müsahibələrinizdə bu ölkəyə heyranlığınızı ifadə edibsiz. Azərbaycanın ekoturizm potensialını necə qiymətləndirirsiniz?

-Hazırda Azərbaycandan çox məmnunam. Sərhədlərin açılmasını gözləyirəm və yenə də sizin ölkəyə gələcəm. Azərbaycan unikal bir respublikadır və burada Rusiyadan gələn kütləvi turistə, demək olar ki, heç vaxt bəlli olmayan ekoturizm potensialı var. Mənə elə gəlir ki, Gürcüstan bu istiqamətdə rus turisti üçün daha çox “kəşf edilib” və Azərbaycandan daha çox təbliğ olunub.

-Azərbaycanın turizmi haqqında, o cümlədən ekoturizm potensialı barədə internetdən lazımi məlumat ala bilərsinizmi?

-Mən Azərbaycan turizmi və ekoturizmi ilə bağlı bir neçə axtarış saytında axtarış apardım və bu barədə internetdə çox az və səthi məlumatın olduğunu gördüm. İnternet resursları vasitəsilə mümkün marşrutlar təsvir edilmədən bu sahədə istədiyini tapmaqda uğursuz ola bilərsən.
Ölkənizdə çox olan bənzərsiz yerlər, istehsal edilən, hazırlanan yerli məhsulların ənənəvi hazırlanma üsulları, onların hazırlanma yerində dequstasiyası, orijinal mədəniyyət nümunələri və Azərbaycanı özünəməxsus edən hər şey haqqında bir hekayə istəyirəm.

- Azərbaycanla turizm əlaqələri qurmağı planlaşdırırsınız? Azərbaycanda ekoturizmin potensialından istifadə etmək istərdinizmi?

-Bəli! Ölkələrimiz arasında ikitərəfli münasibətləri inkişaf etdirmək istərdim!
Ənənəvi iş münasibətləri ilə yanaşı, ölkələrimizi illər boyu sıx birləşdirən digər sahələr də var. Bu, mədəniyyət və turizmdir. Unikal marşrutlar boyunca turist qruplarını gəzdirmək olar. Ən yaxşı bələdçilərin, tarixçilərin müşayiətilə Azərbaycana və əksinə yaxşı düşünülmüş proqramlar təşkil etmək mümkündür.
İldən-ilə on minlərlə rusiyalı Azərbaycanı – müasirliklə ənənələrin qəribə formada ahəng təşkil etdiyi bu ölkəni özləri üçün məmnuniyyətlə kəşf edirlər.
Rusiya nəhəng və çox maraqlıdır və bu, yalnız Moskva və Sankt-Peterburqla məhdudlaşmır. Burada Uralın, Sibirin, şimalın əzəmətli gözəlliyinin genişliyini görmək olar.