• 26 Aprel 2024
logo
Rəsmiyyə Sabir İstanbulda “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası”nda iştirak edib

Rəsmiyyə Sabir İstanbulda “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası”nda iştirak edib

Türkiyə Dərgilər Birliyinin mühüm mədəniyyət hadisəsi olan “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası” bu il 8-12 iyun tarixlərində Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin və TİKA-nın dəstəyi ilə İstanbulda keçirilib. Tədbirdə Türkiyədən təqribən 400 dərgi iştirak edib. Ümumilikdə 30 ölkədən 450 jurnal sərgilənib.
Dünya İlətişimçilər Birliyinin dəstəyi ilə dünyanın bir sıra ölkəsindən (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, KKTC, Qaqauziya (Moldova), Ufa (Başqırdıstan), Krım (Ukrayna), Tatarıstan, Doğu Türküstan, Bolqarıstan, Kosova, Rumıniya, Makedoniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Misir, Tükməneli (İraq), Cənubi Azərbaycan (İran) və Hollandiya) jurnallar və onların təmsilçiləri sərgi-yarmarkaya qatılıb.
Xalqlar arasındakı mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə təşkil edilən sərgi-yarmarkada bir sıra media, mədəniyyət, sənət tədbirləri keçirilib. Rəsmiyyə Sabir “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası”nda Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalını təmsil edib. 5 gün davam edən sərgidə ziyarətçilər tərəfindən “Ulduz” jurnalına, Azərbaycan ədəbiyyatına böyük maraq göstərilib.
Tədbirdə Türkiyə Cümhuriyyeti mədəniyyət nazirinin müavini Əhməd Misabah Demircan, AK partiya sədrinin müavini Mustafa Şen, Şimali Makedoniya Siyasi sistem və topluluklararası əlaqələr nazirinin müavini Cabir Doko, bələdiyyə sədrləri və digər rəsmilər də iştirak ediblər. Habelə Türkiyə Cümhuriyyətinin keçmiş mədəniyyət naziri Nabi Avcı da sərgini ziyarət edib.