• 20 May 2024
logo
Azərbaycanın mədəni sərvətləri satışa çıxarıldı

Azərbaycanın mədəni sərvətləri satışa çıxarıldı

“Tərbiət-Təbriz” kitabxanasında saxlanılan, bəziləri 200 il əvvəl nəşr olunmuş və Azərbaycan mədəniyyətinin nümunələri olan nadir kitablar satışa çıxarılıb.

Baymedia.az xəbər verir ki, kitablar naməlum şəxslər tərəfindən Teleqram sosial şəbəkəsi vasitəsilə satışa qoyulub.

Bu kitabların kitabxanadan necə və kimlər tərəfindən götürüldüyü və bazara necə çıxarıldı hələlik məlum deyil.