• 25 Aprel 2024
logo
Cənubi Azərbaycan şairləri haqqında maraqlı məlumatların olduğu əlyazma aşkarlanıb

Cənubi Azərbaycan şairləri haqqında maraqlı məlumatların olduğu əlyazma aşkarlanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XIX əsrdə yaşamış Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin Tehran Universiteti Kitabxanasında saxlanılan əlyazmasının elektron surətini əldə edib.

Bu barədə akademiyadan məlumat verilib.

Bildirilib ki, əlyazma əsərin vaxtilə çap edilmiş nüsxəsindən xeyli genişdir. Bu əsərdə XIX əsrdə yaşamış Cənubi Azərbaycan şairləri barədə maraqlı məlumatlar var.