• 27 İyul 2024
logo
İran qüvvələri Yəməndə ABŞ-a qarşı döyüşür

İran qüvvələri Yəməndə ABŞ-a qarşı döyüşür

İran silahlı qruplarının və Livan Hizbullahının qüvvələrinin əhəmiyyətli bir hissəsi Yəmən daxilində husilərin hücumlarına dəstək verir.

Baymedia.az xəbər verir ki, bunu ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Landerkinq deyib.

O bildirib ki, ictimai arenada dərc olunan etibarlı hesabatlar bunu deməyə əsas verir:

“Tehran ABŞ və Böyük Britaniyanın Yəmənə cavab zərbələri endirməsinə səbəb olan Husi hücumlarını silahla dəstəkləyir. Təsəvvür edə bilmirəm ki, Yəmən xalqı iranlıların öz ölkələrində olmasını istəyir”.