• 23 Aprel 2024
logo
İran Hizbullaha silah tədarükünü sürətləndirib - Katz

İran Hizbullaha silah tədarükünü sürətləndirib - Katz

Qəzza zolağında müharibə başlayandan bəri İran Suriya vasitəsilə Hizbullaha silah göndərilməsi prosesini sürətləndirib.

Baymedia.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz BMT Təhlükəsizlik Şurasına yazdığı məktubda qeyd edib.

O bildirib ki, Təhlükəsizlik Şurası bununla bağlı heç bir tədbir görməsə, İsrail özünü müdafiə etməkdən çəkinməyəcək:

“İsrailin səbri tükənib. Plkənin öz torpaqlarını və vətəndaşlarını müdafiə etmək hüququ var. Ötən aylar ərzində İsrail bir neçə cəbhədə döyüşdüyü vaxtda İran Hizbullaha qurudan, Suriya və Livan sərhədlərindən, eləcə də hava və dənizdən istifadə edərək silah göndərib. İranın göndərdiyi silahlara hava hücumundan müdafiə sistemlərinin hissələri, pilotsuz təyyarələr və müxtəlif raket növləri daxildir”.

Nazirin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda həmçinin İrandan Livana silah ötürülməsində İslam İnqilabı Keşikçiləri Korpusu və Hizbullah bölmələrinin fəal iştirak etdiyi, bu əməliyyatların vaxtı və yeri ətraflı təsvir edilib:

“Təhlükəsizlik Şurası Livan hökumətindən öhdəliklərini tam yerinə yetirməyi, məsuliyyəti öz üzərinə götürməyi və öz torpağından İsrailə qarşı hücumların qarşısını almağı tələb etməlidir”.

Qeyd edək ki, İran tərəfinin 1701 saylı qətnamənin, habelə Təhlükəsizlik Şurasının 2231 və 1540 saylı qətnamələrini kobud şəkildə pozduğu bildirilir. Bu, BMT Təhlükəsizlik Şurasının tədbir görməyəcəyi təqdirdə İsrailin İrana qisas və önləyici zərbələr endirməsini əsaslandıra bilər.