• 27 İyul 2024
logo
Baydenlə Makron Ukrayna və Qəzzanı müzakirə etdi

Baydenlə Makron Ukrayna və Qəzzanı müzakirə etdi

ABŞ Prezidenti Co Bayden Fransa Prezidenti Emmanuel Makronla danışıb.

Baymedia.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Liderlər bir sıra ikitərəfli və qlobal məsələləri, o cümlədən Rusiyanın sabitliyi pozan hərəkətlərini, Rusiyanın işğalının iki illiyi ərəfəsində Ukraynaya dəstək və Konqresin Ukraynaya maliyyə yardımı məsələsini müzakirə etməsi ətrafında fikir mübadiləsi aparıblar. Onlar həmçinin Yaxın Şərqdəki hadisələri müzakirə ediblər”, - məlumatda bildirilib.