• 24 May 2024
logo
Ballistik raket buraxıldı, nazirin yanına düşdü...

Ballistik raket buraxıldı, nazirin yanına düşdü...

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yenilənmiş “Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

Baymedia.az xəbər verir ki, bu barədə “San” qəzeti məlumat yayıb.

“Nüvə sualtı qayığından ballistik raketin sınaq buraxılışı tam uğursuzluqla başa çatıb. Sözügedən raket buraxıldıqdan dərhal sonra kursdan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrand Şepps, eləcə də admiral Ben Key olan sualtı qayığın yanına düşüb”, - məlumatda deyilir.

Qeyd olunur ki, hadisə yanvarın 30-da ABŞ-ın Florida ştatının sahillərində Atlantik okeanında təlim zamanı baş verib. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma başlanılıb.