• 17 Aprel 2024
logo
“Əli ədaləti” İranın gizli sənədlərini yaydı

“Əli ədaləti” İranın gizli sənədlərini yaydı

“Əli ədaləti” haker qrupu fevralın 20-də İranın məhkəmə sisteminə kiberhücum zamanı əldə etdiyi bir sıra sənədləri yayıb.

Baymedia.az xəbər verir ki, bu barədə haker qrupunun sosial media şəbəkəsində paylaşım edilib.

Sənədlərdə məhkəmə sistemi rəhbərliyi və işçilərinin mənimsəmə və israfçılıq faktları, məhkəməyə ayrılan vəsaitin bahalı otellər və ziyafətlərdə xərcləndiyi əks olunub.

Bununla yanaşı, ifşa edilən sənədlərdə İrandan Suriyaya kimyəvi silahların hazırlanması üçün lazım olan materialların göndərilməsi ilə məşğul olan şəbəkənin fəaliyyət göstərdiyi məlum olub.

Eyni zamanda məhkəmə sisteminin bölgələrdəki etiraz aksiyalarının yatırılması, narazılara qarşı cinayət işlərinin açılması ilə bağlı başqa dövlət qurumları ilə əməkdaşlığını əks etdirən sənədlər yayılıb.

Qeyd edək ki, fevralın 20-də “Əli ədaləti” haker qrupu İran məhkəmə sisteminin 3 milyon sənədini ələ keçirdiyi barədə məlumat yayıb.