• 27 İyul 2024
logo
ABŞ Qəzzada dərhal atəşkəsə çağıran qətnaməyə veto qoyub

ABŞ Qəzzada dərhal atəşkəsə çağıran qətnaməyə veto qoyub

İsrail hərbi qüvvələri çərşənbə axşamı Qəzza zolağının Xan Yunis bölgəsində şiddətli döyüşlər getdiyini bildirib. Eyni zamanda, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında Əlcəzairin təklifi etdiyi dərhal atəşkəsə, yardım imkanlarının genişləndirilməsinə çağıran və fələstinlilərin məcburi köçürülməsini rədd edən qətnamə layihəsinin səsə qoyulması zamanı veto hüququndan istifadə edib.
Bu barədə “Amerikanın Səsi” yazıb.
“HƏMAS-dan girovları azad etməsini tələb edən razılaşma olmadan dərhal və qeyd-şərtsiz atəşkəs tələb etmək uzunmüddətli sülhə gətirib çıxarmayacaq,” ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Əlcəzair tərəfindən hazırlanan qətnamə layihəsi haqqında deyib. Birləşmiş Ştatlar, Misir və Qətərin iştirakı ilə həftələrdir davam edən danışıqlar Qəzzada döyüşləri dayandırmaq və girovların azad edilməsini təmin etmək üçün heç bir nəticə verməyib.
“Əvəzində bu, HƏMAS və İsrail arasında münaqişəni uzada bilər, girovların keçmiş girovların "cəhənnəm" kimi təsvir etdikləri təcrübə olan əsirlikdə qalma müddətini uzada bilər və fələstinlilərin Qəzzada üzləşdiyi dəhşətli humanitar böhranı uzada bilər," Tomas-Qrinfild bildirib. "Heç birimiz bunu istəmirik," o əlavə edib.
Əlcəzair ilk olaraq 15 üzvlük Təhlükəsizlik Şurasına öz mətnini üç həftə əvvəl təqdim edib və bu danışıqlara vaxt vermək üçün səsverməni təxirə salıb. Lakin ölkənin səfiri Amar Benjama deyib ki, susmaq artıq seçim deyil və şuranın hərəkətə keçməsinin vaxtı çatıb.
"Biz sürətlə zorakılıq maşınının dayandırılması çağırışının mənasını itirəcəyi kritik bir məqama yaxınlaşırıq," o, İsrailin cənubda 1,5 milyon fələstinlinin sığındığı Rəfah şəhərinə gözlənilən hərbi müdaxiləsi ilə bağlı deyib.
"Bu gün hər bir fələstinli ölüm, məhv və soyqırım hədəfidir. Biz özümüzə sual verməliyik: Şura atəşkəsə çağırmağı zəruri hesab etməzdən əvvəl nə qədər günahsız insan qurban verilməlidir?" - deyə, səfir sual edib.
Əlcəzairin təqdim etdiyi mətn Şura tərəfindən güclü dəstəyə almışdı. Təhlükəsizlik Şurasınn 13 üzv onun lehinə səs verib, Britaniya bitərəf qalıb, ABŞ isə veto qoyub. Vaşinqton üçüncü dəfədir ki, atəşkəs tədbirinin qarşısını almaq üçün Şurada veto hüququndan istifadə edir.
İsrailin BMT-dəki nümayəndəsi atəşkəs ideyasını sehrli həll yolu deyil, "absurd" adlandırıb.
Birləşmiş Ştatlar öz qətnamə layihəsini təklif edir. Bir neçə diplomatın bildirdiyinə görə, bu qətnamə hələ Təhlükəsizlik Şurasında rəsmi şəkildə yayılmayıb.
Amerikanın Səsi-nin tanış olduğu bu qətnamə layihəsində "mümkün qədər tez" müvəqqəti atəşkəsə çağırılır və o, HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsi formuluna əsaslanır. Qətnamədə həmçinin dinc sakinləri İsrailin Rafahda hücumundan qorumaq üçün "əsaslı plana təcili ehtiyac" olduğu qeyd edilir.
ABŞ-ın təklif etdiyi layihə "quruda bu cür genişmiqyaslı hücumun hazırkı şəraitdə davam etməməli olduğunu vurğulayır" və "Qəzzada mülki əhalinin məcburi köçkünlüyünə dair hər hansı cəhdi rədd edir".
"Həmkarlarım, bu, bəzi üzvlərin iddia etdiyi kimi, Amerikanın quruda qaçılmaz hücumu müdafiə etmək səyi deyil, bu, daha çox Rəfaha sığınan 1,5 milyon dinc sakinlə bağlı narahatlığımızın səmimi ifadəsidir," Linda Tomas-Qrinfild ABŞ-ın təqdim etdiyi layihə barədə deyib.
ABŞ-ın BMT-dəki səfiri jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar qətnamənin "finiş xəttinə qədər" çatmasını təmin etmək üçün Təhlükəsizlik Şurasının digər şura üzvləri ilə vicdanla çalışacaq.
ABŞ-ın öz qətnaməsini Şuraya təqdim etmək üçün vaxt qoyulmayıb. Yüksək səviyyəli administrasiya rəsmisi mətn üzərində danışıqlar aparması üçün ABŞ-ın Şuraya vaxt verəcəyini və səsvermənin tez bir zamanda keçirilməsinə çağırmaq planının olmadığını deyib.
İsrail 1,5 milyon fələstinli mülki vətəndaşın təhlükəsizlik məqsədilə Misir sərhədi boyunca Qəzzanın cənubunda sığındığı Rəfah bölgəsinə hücum etməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.
İsrail rəsmiləri HƏMAS üzvlərini hədəf almaq üçün Rəfahda əməliyyat keçirilməsinin zəruri olduğunu hesab edir. Rəsmilər heç bir təfərrüatlı plan təqdim etmədən mülki şəxslərin təxliyə ediləcəyini də qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının rəsmiləri Qəzzanın mülki əhali üçün təhlükəsiz yer olmadığını dəfələrlə bildiriblər.
Misir fələstinlilərin öz ərazisinə köçürülməsinə etiraz edərək, bunun onların məcburi köçüçürülməsinə bərabər olacağını deyir. İsrail belə bir niyyəti olduğunu inkar edir.
Peyk görüntüləri Misirin kütləvi köç olacağı təqdirdə Qəzza sərhədi yaxınlığında yüksək təhlükəsizlik bufer zonası qurmağa başladığını göstərir.
Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı "davam edən hərbi əməliyyatlar və giriş məhdudiyyətləri fonunda" Xan Yunisdəki Nasser Tibb Kompleksindən ağır vəziyyətdə olan 32 xəstənin təxliyəsinə rəhbərlik etdiyini bildirib.

Cavid