• 29 Fevral 2024
logo
Sallivan da İsrailə gedir

Sallivan da İsrailə gedir

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftəsonu İsrailə səfər edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Sallivan Qəzza zolağına humanitar yardımın nəqlinin artırılmasını müzakirə edəcək. Danışıqların digər mövzusu isə Vaşinqtonun İsrailin əməliyyatlar nəticəsində Qəzzada mülki əhalinin həlak olması ilə bağlı narahatlığı olacaq.