• 27 İyul 2024
logo
KTMT-dən Cənubi Qafqazla bağlı açıqlama

KTMT-dən Cənubi Qafqazla bağlı açıqlama

KTMT-nin Təhlükəsizlik Şurası təşkilata üzv dövlətlərin sərhədləri yaxınlığında təhlükəli insidentləri və hərbi-siyasi gərginliyin artmasına səbəb ola biləcək təxribat xarakterli hərəkətləri qəbul etmir.

Baymedia.az xəbər verir ki, bu barədə KTMT Şurasının bəyanatında deyilir.

“Həmçinin, əcnəbi terrorçuların silahlı münaqişə zonalarına yerləşdirilməsi ilə bağlı dərin narahatlığımızı bildiririk”, - bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, nüvə müharibəsində qaliblər ola bilməz və bu mövzu heç vaxt açılmamalıdır:

“Bu baxımdan nüvə gücləri arasında hərbi qarşıdurmanın qarşısını almaq üçün fəal səylərə çağırırıq”.

Eyni zamanda, bəyanatda Cənubi Qafqazda sülh və sabitliyin əldə edilməsi səylərinə dəstək ifadə edilir.