• 10 Dekabr 2023
logo
Maduro dünya xalqlarını küçələrə çıxmağa səslədi

Maduro dünya xalqlarını küçələrə çıxmağa səslədi

Venesuela Prezidenti Nikolas Maduro dünya xalqlarını fələstinlilərin soyqırımına son qoymaq üçün küçələrə çıxmağa çağırıb.

Baymedia.az xəbər verir ki, Maduro çağırışını “Venezolana de Television” telekanalına müsahibəsində edib.

“Biz BMT-nin, onun baş katibinin və dünyanın əksər hökumətlərinin uşaqların, qadınların, qocaların və günahsız mülki şəxslərin qətlinin pislənməsini dəstəkləyirik. Fələstində baş verənlər nasist Almaniyasında yəhudilərin təqibi başlayanda ABŞ-da çoxlarının susduğunu xatırladır. Bu, gizli bir tarixdir. ABŞ-da hakimiyyətdə olanlar susdu. London susdu və əksər Avropa hökumətləri yəhudi xalqına qarşı təqib, soyqırım və cinayətləri ört-basdır etdilər. İndi baş verənlər də ona bənzəyir”, - Maduro bildirib.