• 30 Noyabr 2023
logo
Almaniya müdafiə naziri təcili Kiyevə gəldi

Almaniya müdafiə naziri təcili Kiyevə gəldi

Almaniya müdafiə naziri Boris Pistorius Kiyevə elan olunmamış səfərə gəlib.

Baymedia.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Pistorius səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski, müdafiə naziri Rüstəm Umerovla görüşəcək.

Almaniyalı nazirin Kiyevə bu gün səhər gəldiyi bildirilib.