• 28 Mart 2024
logo
Ukraynanın əks-hücumu: istiqamət və tarix bəlli oldu

Ukraynanın əks-hücumu: istiqamət və tarix bəlli oldu

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq mümkün deyil.
Baymedia.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.
"Biz əks-hücumun vaxtında başlamalı olduğu anı düzgün seçməliyik. Bu gün onun gecikdiyini söyləmək mümkün deyil, çünki əks-hücumun tarixi fevralın əvvəlində açıqlanıb: mayın sonu və iyunun əvvəli..." - Jdanov vurğulayıb.
O bildirib ki, istiqamətlər də, tarix də müəyyən edilib:
"Qoşunları ilkin mövqelərində yerləşdirmək lazımdır. Bu, davam edən mərhələdir".