• 20 Aprel 2024
logo
Saakyan parlamentdə Nikolun deputatını döydü

Saakyan parlamentdə Nikolun deputatını döydü

Ermənistan parlamentinin “Hayastan” (“Ermənistan”) fraksiyasından olan deputatı Hayk Saakyan parlament komissiyasında qapalı müzakirə zamanı hakim “Mülki müqavilə” fraksiyasının üzvü Vladimir Vardanyana hücum edib.
Baymedia.az xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan deyib.
“Parlamentin Hüquq məsələləri üzrə komissiyasında qapalı müzakirə zamanı müxalifətin “Hayastan” fraksiyasından olan deputat Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edərək, onu vurub, bədən xəsarəti yetirib və qaçıb”, - o bildirib.
Ermənistan mediasının məlumatına görə isə Vardanyan “Nairi” tibb mərkəzinə aparılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib. Eyni zamanda, Saakyanın polis şöbəsinə aparıldığı barədə məlumat yayılıb.