• 29 Mart 2024
logo
İranla razılığa gəlmək çətindir - Borrell

İranla razılığa gəlmək çətindir - Borrell

İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir. Çünki Tehranın bir sıra məsələlərdə hazırkı mövqeyi onun nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir.
Baymedia.az xəbər verir ki, bunu AB-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bəyan edib.
“Daxildə etirazların boğulması, xüsusən də qadınların hüquqlarının pozulması, ölüm hökmünün tətbiqi, Rusiyaya silah tədarükü - onlar bunu etdiklərini inkar etsələr də, bununla bağlı çoxlu dəlillər var - elə bir mühit yaradıblar ki, nüvə razılaşması getdikcə çətinləşir” - Borrell bildirib.