• 25 Aprel 2024
logo
BMT-dən hava şarı gərginliyinə reaksiya

BMT-dən hava şarı gərginliyinə reaksiya – Video

BMT Çinə məxsus aerostatın (hava şarı) ABŞ səmasına daxil olmasından sonra yaranan gərginliyə münasibət bildirib.

Baymedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik məlumat yayıb.

“Çin və ABŞ arasında yaranan gərginliyə görə narahatıq. Xüsusilə belə bir vəziyyətdə tərəflər ortaq yol tapmalıdır. Hər iki ölkənin dünyadakı mövqeyini nəzərə alsaq, düşünürəm ki, gərginliyi azaltmaq üçün əllərindən gələni etmək onların məsuliyyətidir”, - BMT rəsmisi bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olub. Baş verən hadisə fonunda ABŞ dövlət katibi Entoni Blinken də etiraz olaraq Çinə səfərini ləğv edib.