• 29 Mart 2024
logo
ABŞ İranı birbaşa danışıqlara çağırdı

ABŞ İranı birbaşa danışıqlara çağırdı

Vaşinqton Tehranı nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) vasitəçilər olmadan bərpası üçün danışıqlara çağırıb.
Baymedia.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının Atom Enerjisi Komitəsinin rəhbəri Sara Fəllahi məlumat verib.
Fəllahi vurğulayıb ki, ABŞ məsələni ikitərəfli şəkildə həll etmək istəyir.