• 31 Yanvar 2023
logo
ABŞ Rusiyanı İran PUA-larına görə cəzalandıracaq

ABŞ Rusiyanı İran PUA-larına görə cəzalandıracaq

ABŞ Rusiya və Çinə qarşı yeni sanksiyalar paketi hazırlayır. Vaşinqton Moskvanı Ukraynaya qarşı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etdiyinə görə cəzalandıracaq.
Baymedia.az xəbər verir ki, bu barədə “Röyters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Sanksiyaların İranın pilotsuz təyyarələrinin alınmasında iştirak edən bir sıra Rusiya müdafiə sənayesi müəssisələrinə təsir edəcəyi gözlənilir. Eyni zamanda, sanksiya Sakit okeanda qanunsuz balıq ovu edən 170-ə yaxın Çin təşkilatına təsir edəcək”, - məlumatda deyilir.