• 4 Fevral 2023
logo
25 min erməni bu cür ölmüşdü

25 min erməni bu cür ölmüşdü

Bu gün Ermənistanın Spitak şəhərində baş verən zəlzələdən 34 il ötür.

Baymedia.az xəbər verir ki, 1988-ci ilin dekabrın 7-də 7.2 bal gücündə olan zəlzələ zamanı şəhər demək olar ki, tamamilə dağılmışdı.

Rəsmi məlumatlara görə, yeraltı təkanlar nəticəsində 25 min nəfər ölüb, 140 min nəfər şikəst olub, 500 min nəfərdən çox insan evsiz qalıb.

Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib.

Qeyd edək ki, zəlzələdən dərhal sonra Azərbaycan hökumətinin zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili göndərdiyi təyyarə Ermənistan hava məkanında müəmmalı şəkildə qəzaya uğramışdı. Həmin qəza nəticəsində 78 nəfər azərbaycanlı həlak oldu.