• 19 Aprel 2024
logo
Çin və Rusiya arasında ticarət rekord həddə qalxdı

Çin və Rusiya arasında ticarət rekord həddə qalxdı

2022-ci ilin 11 ayının yekunlarına əsasən, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 32% artaraq 172,406 milyard dollar təşkil edib.

Baymedia.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Çin Rusiyaya 67,334 milyard dollar dəyərində mal idxal edib. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,4% artım deməkdir.

Rusiyadan Çinə tədarüklərsə 47,5% artaraq 105,072 milyard dollar təşkil edib.