• 5 Fevral 2023
logo
Zaporojyedə rusların mövqeləri vuruldu

Zaporojyedə rusların mövqeləri vuruldu

Ukrayna ordusu Zaporojye vilayətinin Akimovski rayonunda rus hərbçilərin mövqelərinə güclü zərbələr endirib.

Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində 10-dan çox rus hərbçisi ölüb, daha 30 nəfər isə yaralanıb.

Bundan başqa, Ukrayna ordusunun raket və artilleriya bölmələri rusların iki idarəetmə məntəqəsi, sursat anbarı, canlı qüvvə və zirehli texnikasının cəmləşdiyi rayona zərbələr endirib.