• 2 Dekabr 2022
logo
Rusiyanın İrəvana “Lars cəzası” davam edir

Rusiyanın İrəvana “Lars cəzası” davam edir

1600-dən çox nəqliyyat vasitəsi hələ də Yuxarı Lars sərhəd keçid məntəqəsində qalıb.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu vəziyyət Krım körpüsündə baş verən partlayışla bağlı Rusiya tərəfinin gömrük keçid məntəqəsində yük maşınlarının yoxlanılması rejimini sərtləşdirməsindən sonra yaranıb və hələ də davam edir.