• 5 Dekabr 2022
logo
Akar Şoyqu ilə danışdı: Suriyadakı əməliyyat…

Akar Şoyqu ilə danışdı: Suriyadakı əməliyyat…

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Suriyanın şimalındakı vəziyyəti müzakirə edib.

Bundan başqa, nazirlər Ukraynanın dəniz limanlarından taxıl və gübrənin daşınması üzrə “Qara dəniz təşəbbüsü”nün də reallaşmasına dair fikir mübadiləsi aparıblar.