• 1 Dekabr 2022
logo
“Baltik borusu” yeni qaz kəməri fəaliyyətə başladı

“Baltik borusu” yeni qaz kəməri fəaliyyətə başladı

“Baltik borusu” yeni qaz kəməri fəaliyyətə başlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə Polşanın qaz kəmərləri şəbəkəsinin operatoru “Gaz-System” məlumat yayıb.

Bildirilir ki, kəmər vasitəsilə Norveç qazı Danimarka üzərindən Polşaya nəql ediləcək.

Qeyd edək ki, yeni boru kəmərinin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetrə qədər olacaq.