• 3 Dekabr 2022
logo
Rusiya üçün döyüşən moldovalılar vətəndaşlıqdan çıxarılacaq

Rusiya üçün döyüşən moldovalılar vətəndaşlıqdan çıxarılacaq

Moldova Rusiya tərəfində döyüşmək üçün Ukraynaya gedən moldovalıları vətəndaşlıqdan məhrum edəcək.
Baymedia.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu brifinq zamanı bildirib.
“Moldovanın şərq bölgələrində vətəndaşların səfərbərlik riski var. Biz yalnız Moldova vətəndaşlığına malik olan və hərbi münaqişədə təcavüzkarın tərəfində çıxış edəcək moldovalıların vətəndaşlıqdan məhrum edilməsi imkanını nəzərdən keçiririk”, - Sandu qeyd edib.