• 19 Aprel 2024
logo
Estoniya Ukraynaya növbəti hərbi yardım göndərir

Estoniya Ukraynaya növbəti hərbi yardım göndərir

Estoniya Ukraynaya minaatan və tank əleyhinə silahlardan ibarət növbəti hərbi yardım paketi təqdim edəcək.
Bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.
Qeyd edək ki, Estoniya Ukraynaya indiyədək 250 milyon avro məbləğində hərbi yardım göstərib ki, bura “Javelin” tank əleyhinə raketlər, haubitsalar, tank əleyhinə minalar, tank əleyhinə qumbaraatanlar, minaatanlar, müxtəlif yüngül silahlar, döyüş sursatı, nəqliyyat vasitələri, rabitə vasitələri daxildir.