• 19 Aprel 2024
logo
Ukrayna rus donanmasını buna görə vura bilmir - Jdanov

Ukrayna rus donanmasını buna görə vura bilmir - Jdanov

Praktiki olaraq Ukrayna ordusu Rusiya donanmasını Krım yaxınlığında batıra bilməz.
Bunu hərbi ekspert Oleq Jdanov deyib.
“Onlar öz eskadrilyasını bizim silahlarımızın maksimum məsafəsi daxilində saxlayırlar. Ukrayna Silahlı Qüvvələrinin arsenalında “Harpun” (300 km) və “Neptun” (200 km) raketləri var. Ruslar da donanmanı Qara dənizdə 300 km-dən çox məsafədə neytral sularda saxlayırlar. Ukrayna Rusiya donanmasını aviasiya ilə də vura bilmir. İşğal olunmuş Krımda hava hücumundan müdafiə sistemi var və gəmilər daim onun mühafizəsi zonasındadır”, - Jdanov bildirib.