• 28 Mart 2024
logo
ABŞ və Ukrayna müdafiə nazirlərinin telefon danışığı olub

ABŞ və Ukrayna müdafiə nazirlərinin telefon danışığı olub

Ukrayna müdafiə naziri Aleksey Reznikov və ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
Bu barədə Ukrayna müdafiə naziri "Twitter"də bildirib.
"NATO Sammiti ərəfəsində dostum, ABŞ müdafiə naziri Lloyd Ostinlə telefon danışığım oldu. O, NATO-nun Ukraynanın azadlıq və müstəqillik uğrunda mübarizəsinə güclü dəstəyini bir daha təsdiqlədi. Biz, həmçinin Alyansa üzv dövlətlərdən Ukraynaya növbəti hərbi yardım paketini müzakirə etdik", - Reznikov qeyd edib.