• 20 Avqust 2022
logo
Stoltenberq Türkiyə-Finlandiya-İsveç Zirvə görüşündə proqress əldə olunacağına ümidlidir

Stoltenberq Türkiyə-Finlandiya-İsveç Zirvə görüşündə proqress əldə olunacağına ümidlidir

İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı qərarları tarixidir.
Bunu Baş katib Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.
Onun sözlərinə görə, üzvlük Finlandiyanın, İsveçin təhlükəsizliyini, eyni zamanda, NATO-nun təhlükəsizliyini gücləndirəcək.
“Lakin biz əmin olmalıyıq ki, nə zaman yeni ölkələr üzvlük üçün müraciət edir, o zaman alyansın bütün üzvlərinin təhlükəsizlik maraqları nəzərə alınır. Türkiyə terrorizm kimi bəzi məsələlərlə bağlı ciddi narahatlıqlarını ifadə edib. Biz hamımız bilirik ki, NATO-nun heç bir müttəfiqi Türkiyə qədər terrorizmdən əziyyət çəkməyib. Minlərlə insan öldürülüb. PKK və digər qruplar bu terror aktlarına görə məsuliyyət daşıyır və PKK terror təşkilatıdır. Bu, Aİ, Aİ ölkələri, İsveç və Finlandiya tərəfindən terror təşkilatı kimi tanınıb. Bunun üçün biz Türkiyə ilə masaya oturaraq terrorla mübarizəni müzakirə etməli, addımlar atmalıyıq. Terror bizim təhlükəsizliyimiz üçün təhdiddir.
Mən heç bir söz vermirəm, bu gün axşam Türkiyə, Finlandiya və İsveç liderləri görüşəcək və mən ümid edirəm ki, bu məsələdə proqress əldə olunacaq. Görüşdən sonra sizi məlumatlandıracağam”.
Qeyd edək ki, Madriddə NATO Sammiti çərçivəsində Türkiyə-Finlandiya-İsveç liderlərinin görüşü keçirilir.