• 13 Avqust 2022
logo
Boris Conson qiymət artımında Putini günahlandırıb

Boris Conson qiymət artımında Putini günahlandırıb

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynaya hücumunun bütün dünyada yaşayış qiymətlərinin artmasına təsir göstərdiyini deyib.
G7 sammitində olan Conson "Twitter"də Rusiya prezidenti Vladamir Putinin Ukraynadakı hərəkətlərinin dünyada enerji və ərzaq qiymətlərini artırdığını deyib.
"Qlobal liderlər Ukraynaya kömək etmək və bütün dünyada ev təsərrüfatlarının həyatını asanlaşdırmaq üçün bir araya gəlməlidirlər. Heç bir şey masadan kənarda qalmamalıdır", deyə baş nazir bildirib.