• 20 Aprel 2024
logo
Borrell bu gün Tehrana səfər edəcək

Borrell bu gün Tehrana səfər edəcək

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İrana səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə bildirib.
Onun sözlərinə görə, bu gün axşam Cozep Borrell Tehrana gedəcək.
"Avropa İttifaqının Xarici Siyasət üzrə rəhbəri Cozep Borrell cümə günü axşam Tehrana səfər edərək İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmi şəxslərlə görüşəcək", o deyib.